Tanınmış aktrisa Seda Fettahoğlu dünən parkda gicgahından vurulmuş halda cəsədinin tapılması Türkiyədə sənət alımində şokk effekti yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son olaraq “Çocuk Duymasın” serialında "Sultan" obrazını canlandıran aktrisa Seda Fəttahoğlunun həmin vaxtdan işsiz qaldığına görə intihar etdiyi iddia olunur.
Məlumata görə, ali təhsilli, ingilis dilində sərbəst danışan aktrisa bir neçə seriala çəkilmək üçün müraciət etsə də, ona "gözlə" deyilib: "Pulsuz qalan, maddi sıxıntılar işində boğulan aktrisa isə dözməyərək canına qıyıb".
Aktrisanın belə faciəli vəfatı isə onun həmkarlarını təbdən çıxarıb.
Tannmış aktrisa Qoncagül Sunar sosial media hesabında aktrisa Merve Kayaalpının da 10 gün əvvəl atasının tapançası ilə özünü vurduğunu xatırladaraq, yazıb: "Görəsən, Türkiyədə bəzi aktyorların işsiz qalaraq psixoloji və maddi sıxıntı içində olduqlarından kim xəbərdardır? Bu, ikinci intihar hadisəsidir. Ölkə diqqətdən kənarda qalan istedadlı insanlarla doludur. Bir tərəfdən, eyni anda 3 serial, 4 reklamda çəkilən həmişə eyni tiplər... Nə qəddar sistemdir".
Onu da qeyd edək ki, 10 gün əvvəl “Sakarya Fırat”, “Küçük Kıyamet”, “Arzular və Ümidlər”, Elif, Şeref Meselesi, "Savaşçı" kimi seriallarda rol alan Merve Kayaalp Muğladakı evində atasına məxsus silahla həyatına son qoyub.
Ləman
MİA.AZ