Sentyabrın ilk həftələrində yeni mövsümə start verən və Star TV-yə yayımlanan "Yalı Çapkını" serialı bundan sonra 30 ölkədə yayımlanacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Yalı Çapkını" serialının çəkilişini aparan "OGM Pictures" şirkəti İsveç və Finlandiya ilə də anlaşma imzalayıb. Anlaşmaya əsasən, serialın hər bölümü üzrə rekord satış rəqəmi müəyyən olunub - hər bölümü üçün 14 milyon TL-yə (təxminən 872 min manat).
Məlumatda serialın iki gənc baş rol ifaçıları Mert Ramazan Dəmirlə Afra Saraçoğlunun həftəlik maaşı da açıqlanıb.
Aydın olub ki, Afra Saraçoğlu Mertdən həftəlik 100 min lirə artıq maaş alır: "Afraya (Seyran) həftəlik 500 min lirə (31 min manat), Mertə i(Ferit) isə 400 min lirə (25 min manat) maaş verilir".
Ləman
MİA.AZ