Azərbaycanın tanınmış rəssamı Səyyar Əliyev Böyük Britaniyada nəşr olunan nüfuzlu » TEAS » jurnalına eksklüziv müsahibə verib. Əslən qarabağlı olan rəssamın yaradıcılığının əsas sujet xəttini milli faciələrimiz və işğal altında olan ərazilərin ümumi təsviri təşkil edir.
Səyyar Əliyev həm də pedaqoji fəliyyətlə məşğul olur. O, tarix üzrə fəlsəfə doktorudur. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji universitetinin müəllimidir.
Tanınmış rəssamdan Britaniya mətbuatının məhz onunla maraqlanmasının səbəbini öyrəndik. Səyyar Əliyev bildirdi ki, onun beynəlxalq aləmlə təmasları çox olur: » Xariciləri mənim fəaliyyətimdə əsas cəlb edən başlıca məqam xeyriyyəçiliyə üstünlük verməyimdi . » TEAS » jurnalı mənim fəliyyətimin bütün istiqamətləri ilə maraqlandı. Həmin jurnala verdiyim müsahibəm böyük rezonansa səbəb oldu. Məlum müsahibədən sonra Avropadan xeyriyyəçilik marafonunda iştirak etməklə bağlı təklif aldım. Məmnuniyyətlə razılaşdım. Çünki, bu mənim xarakterimə xas olan xüsusiyyətdir «.
Səyyar Əliyevin əsərlərinə ölkə daxilində də tələbat var. İndiyə kimi rəssam əsərlərinin kütləvi satılmasında çox maraqlı olmayıb. O, bir neçə əsərini xeyriyyə məqsədilə satışa çıxarıldığını bildirdi.
Mia.az Azinform.az-a istinadən satışa çıxarılan əsərlərin fotolarını sizə təqdim edir.
Qeyd edək ki, əsərlər xeyriyyə məqsədilə satışa çıxarıldığı üçün real dəyərindən qat-qat ucuz satılır. Rəsmləri əldə etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər:
(070) 535 -23-49
(012 )579-04-75





