Usta oyunçu Zeki Alasyanın keçmiş arvadı, aktrisa Oya Alasya həyatı ilə vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 74 yaşlı aktrisanın vəfatı xəbərini qızı Zeynep Alasya paylaşıb.
"Köyden İndim Şehire" filmində "Himmet Ağa"nın arvadl rolu ilə bütün Türkiyənin tanıdığı Oya Alasya İstanbulda Zincirlikuyu məzarlığında dəfn edilib.
Qeyd edək ki, Oya Alasya 1949-cu ildə İstanbulda dünyaya gəldi. Zeki Alasya ile "Köyden İndim Şehre" və "Salak Milyoner"' filmlərinde ər-arvad rolunu canlandırıb və 1969-cu ildə onlar gerçək həyatda evləniblər. 18 il evli olan və daha sonra boşanan cütlüyün bir qızları var.
Ləman
MİA.AZ