Məşhur aktyor Nejat İşler spirtli içki üzündən səhhətində problem yaranması və buna görə xəstəxanaya yerləşdirildiyi iddiasını təkzib edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor bu bardə "İnstagram"dakı hesabında "Zəfərin rəngi" film setindən fotosnu paylaşaraq yazıb: "İşimdə, gücümdəyəm”.

Xatırladaq ki, 2014-cü ildə septik şok səbəbiylə 95 gün reanimasiyada qalan, ayaqlarının ucları və barmaqları kəsilən Nejat İşlerin 5 gün əvvəl İstanbulda xəstəxanada aparıldığı xəbəri yaılıb.

Onu da qeyd edək ki,51 yaşlı tanınmış aktyor "Zəfərin rəngi" ilə yanaşı, "Ailə" serialına da çəkilir.

Ləman

MİA.AZ