Xəbər verdiyimiz kimi, 37 il əvvəl vəfat edən aktyor Yılmaz Güneyin qardaşı “Bihter” filmində baş rol ifaçısı aktrisa Farah Zeynep Abdullah məhkəməyə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb aktyor Yılmaz Güneyin vəfatının ildönümündə yazıçı Murathan Munqanın sosial media hesabında yaydığı başsağlığı mesajına Farah Zeynep Abdullahın bu sözləri yazması olub: "Kinomuzun ən yaxşı yürüyən kişisi, qadın döyən, zorakılığın formaları baxımından zəngin və təsirli silah istifadəçisi deyək...".
Bu sözlərdən sonra Yılmaz Güneyin qardaşı Güzide Pütün aktrisa və onun kimi şərh yazanlara iddia qalıdırıb.
Bu gün isə bu qalmaqala məşhur aktyor, türk kinosunun canlı əfsanələrindən olan İlyas Salman da qoşulub.
O, aktirsa Farah Zeynep Abdullahın haqlı olduğu barədə sosial media hesabında belə paylaşım edib: "Dürüst olağın. Yılmaz Güneyin zorakı hərəkətlərinin müdafiə olunası tərəfi yoxdur. Siyasi baxışlarımız anlayışımıza kölgə salmamalıdır. Haluk Kırcını tərifləyən sağçılardan fərqli olaq".
Ləman
MİA.AZ