Son olaraq "Yüz Yıllık Mucize" serialında rol alan gözəl aktrisa Cemre Gümeli "Yalı Çapkını" serialının heyətinə cəlb olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mert Ramazan Dəmir və Afra Saraçoğlunun baş rollarını paylaşdığı "Yalı Çapkını" serialı yeni mövsümdə genişləndirilmiş heyətlə tamaşaçıların görüşünə gəlir.
Məlumata görə, Binnur Kaya və Taro Emir Tekinin də rol aldığı seriala Cemre Gümeli də qatılıb.
Jurnalist Birsen Altuntaşın xəbərinə görə, onun serialda oynayacağı rol hələki gizli saxlanılır.
Ləman
MİA.AZ