"Aşıq
Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq
Müdafiəsi günü münasibəti ilə ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi
layihəsi çərçivəsində Kəlbəcər rayonundan olan bir qrup uşaqların Heydər Əliyev
Mərkəzinə ziyarətini təşkil edib.
Birlikdən
Mia.az-a daxil olan məlumata görə, tədbirdə uşaqlara Ümummilli liderin həyat və
fəaliyyəti, dövlətin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
"Aşıq
Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov
qeyd edib ki, Ulu öndər hər zaman uşaqlara diqqət və qayğı göstərərdi: "
Ümummilli lider uşaqlara həsr olunmuş tədbirdə müdrikcəsinə demişdir ki, siz XX
əsrin sonunda dünyaya gəlmisiniz. Siz XXI əsrdə müstəqil Azərbaycanın
qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacaqsınız:
"Biz sizə Azərbaycanı tapşırırıq. Mən əminəm ki, bugünki uşaqlar, bugünki
Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər.
Əminəm ki, bugünki uşaqlar, gənclər öz üzərlərinə düşən vəzifələri dərk edə
bilirlər. Uşaqlar, gənclər təhsil ilə, həyatın müxtəlif sahələrində öz
istedadlarından istifadə etməklə, öz iradəsi, bacarığı ilə müstəqil
Azərbaycanın xoşbəxt gələcəyini təmin edə biləcəklər".
Bu gün bu siyasət Ulu öndərin siyasi kursunun
layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Cənab prezident
ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə
vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla
bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu ilin
"Uşaq ili" elan olunması haqqında sərəncam imzalamışdır. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə uşaqların hüquqlarının müdafiəsi üçün çox mühim layihələr həyata
keçirilmişdir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının
təkmilləşdirilməsi ilə, uşaq evlərində böyüyən uşaqların gələcəyi ilə, xəstə və
köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata
keçirilən tədbirin müstəsna əhəmiyyəti vardır. Dövlətimiz uşaqların sağlam,
firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı
göstərir. ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanıb həyata
keçirilir.
Sonda uşaqlar Ulu Öndərin həyat və
fəaliyyətindən bəhs edən film izləyiblər.