Xalq artisti Mənsum İbrahimova vəzifə verilib.

Mia.az Bizim.media-ya istinadla xəbər verir ki, 62 yaşlı xanəndə Azərbaycan Milli Konservatoriyası Muğam (xanəndə) kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Bir çox incəsənət nümayəndələri M.İbrahimovu təyinatı ilə bağlı ünvanına xoş sözlər yazaraq, onu sosial şəbəkədə təbrik ediblər. 

Prezident mükafatçısı Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının professorudur.

Xatırladaq ki, bundan əvvəl illi Konservatoriyası Muğam (xanəndə) kafedrasının müdiri Xalq artisti Arif Babayev olub.