Avropa şempionu olan Türkiyənin Qadınlar üzrə milli voleybol Komandasının əsasə oyunçusu Gizem Örgenin keçmiş həyat yoldaşı "Diriliş Ertuğrul" serialının məşhur aktyoru Cavit Çetin Güner olduğu ortaya çıxıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, voleybol karyerasına Ankara Əczaçı Voleybol Klubunda başlayan Gizem Örge 2021-22 mövsümündə "Fənərbağça"ya keçib. 

Libero oyunçusu Örge 2017-ci ildə "Diriliş Ertuğrul" serialındakı "Doğan Alp" obrazı ilə tanınan Cavit Çetin Günerlə ailə həyatı qurub. 

Cütlüyün nikah şahidi də elə həmin serialın baş rol ifaçısı olan "Ertoğrul bəy" -  Engin Alta Düzyatan və onun həyat yoldaşı Neslişah Düzyatan olub.

Lakin cütlük 2019-cu ildə boşanıb. 

37 yaşlı Cavit Çətin Güner “Yasak Alma”, “Leyla ile Məcnun”, “Yalancı Yarım”, “Möhtəşəm Yüzyıl”, “Mehmetçik Kut'ül Amare” kimi seriallarda da oynayıb.

Ləman

MİA.AZ