Türkiyədə çoxsaylı filmlərdə rol alan 63 yaşlı ustad aktyor Mustafa Uzunyılmaz infarkt keçirib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, onun yolda gedərkən qəfil halı pisləşib və təcili xəstəxanaya çatdırılıb.

Bu barədə paylaşım edən jurnalist Birsen Altuntaşın verdiyi xəbərə görə, Mustafa Uzunyılmaz Bayrampaşada özəl xəstəxanaya aparılıb: "Orada ustad aktyorun ürəyinə stent qoyulub". 

Xatırladaq ki, Uzunyılmaz sənətinə görə bir çox mükafatlar alıb.

Ləman

MİA.AZ