Türkiyəli məşhur aktyor, 75 yaşlı Ünal Gümüş dünyasını dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, xeyli müddət idi xəstəxanada müalicə alırdı.

Onun ölümü barədə sənət dostları başsağlığı mesajları paylaşıblar.

Xatırladaq ki, Ünal Gümüş 16 iyul 1948-ci ildə İstanbulda anadan olub. O, indiyədək xeyli film və seriallarda rollar alıb.

Son illər isə əsasən seriallarda çəkilib. Onun Mahsun Kırmızıgülün "Benim üçün üzülme", "Eşkiya dünyaya hökmdar olmaz" seriallarındakı rolları isə daha çox sevilib.

Allah rəhmət eləsin!

Ləman

MİA.AZ