Məşhur aktyorlar Kerem Bürsin və Hafsanur Sancaktutanın baş rolları oynadığı  “Ya Çok Seversen” serialı müğənni İbrahim Tatlısəsi "təbdən çıxarıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə sosial media səhifəsində paylaşım edib.

Müğənni yazıb ki, serialdakı epizodlar ona çox təsir eləyib: “"Ya Çok Seversen" serialını izləyirəm, izlədikcə də aşiq olmağım gəlir. Həm güldüm, həm ağladım, həm də kədərləndim. Uşaqların paltarlarını vəqfə apardığı səhnə mənə çox təsir elədi. Ssenari müəllifini və bütün kollektivi təbrik edir və alqışlayıram”.

Xatırladaq ki, az əvvəl 71 yaşlı Tatlısəs 5-ci dəfə evlənmək istədiyi barədə sosial media səhifəsində paylaşım edib.

Ləman

MİA.AZ