Star TV ekranlarının rekordlar qıran "Yalı Çapkını" serialının yeni mövsüm üçün çəkilişlərinə start verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mert Ramazan Demir və Afra Saraçoğlunun baş rollarda çəkildiyi serialın aktyor heyəti yay tətilindən geri dönüblər.
Məlumata görə, dünən ilk dəfə çəkiliş meydançasına çıxan baş rol ifaçılarının İnstagram-da yaydıqları yeni foto serialıən izləyicilərinin böyük marağına səbəb olub: "2-ci sezonun ilk setindən fotolar gəldi! Həyəcanlıları görək".
Bu təqdimatla paylaşılan fotoya qısa zamanda 450 min bəyənmə gəlib, 100 mindən çox şərh yazılıb.
Çəkilişəq qatılan Afra Saraçoğluna isə xeyli gül göndərilib.
Ləman
MİA.AZ