"Oğlumun işsiz qalması ilə bağlı heç kəsə müraciət etməmişəm".
Mia.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev oğlunun işsiz qalması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Aktyor oğlunun üç ali təhsilli olduğunu açıqlayıb:
"Rasim Balayevin oğlu işsiz adamlardan artıqdır? Oğlum da işsiz adamların biridir. Hazırda iş axtarır, güman edirəm ki, tapacaq. Üç universitet bitirib. Bakı Dövlət Universitetinin hüququ fakultəsini, Azərbaycan Dövlət Tibb Universitetini və Gömrük Akademiyasını başa vurub. Sonuncu iş yerindən pensiyaya çıxıb".
Rasim Balayev oğlunun mülki iş axtardığını qeyd edib: "Oğlum dövlət işində işləsə, pensiyasını verməzlər. Hansısa bir özəl təşkilatda işləsə və aylıq 600-800 manat alsa, başını dolandırar”.
MİA.AZ