2003-cü ildə "Dolu Düşün Boş Danış" tamaşasında eyni səhnəni paylaşan keçmiş ər-arvad olan məşhur sənətçilər Zuhal Olcay və Haluk Bilginer 20 il sonra yenidən eyni səhnəni paylaşacaqlar. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Keçəl Diva" tamaşasının məşqlərində aktyorlar bir araya gəliblər.

Oktyabr ayında tamaşaçılara təqdim olunacaq "Keçəl Diva" tamaşasının məşqindən ilk kadrlar da "İnstaqram" hesabında yayımlanıb. 

Xatırladaq ki, Türkiyə teatrının iki məşhur aktyoru olan Zuhal Olcay ilə Haluk Bilginer 1992-ci ildə ailə qursa da, 2004-cü ildə boşanıblar.

Ləman

MİA.AZ