"Kanal D" ilə prodüser şirkəti arasında yaranan fikir ayrılıqlarından sonra yayımı dayandırılmış “Arka Sokaklar” serialı 18-ci sezonu ilə ekranlara qayıdır. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Özgür Ozan, Zafer Ergin, İlker İnanoğlu və Ozan Çobanoğlunun baş rollarda çəkildiyi “Arka Sokaklar” serialının artıq yeni bölümünün ilk fraqmentəri yayılıb.

Aktyor heyətinə yeni yeni atyorlarq atan serialın yayım tarixi dəqiqləşməyib. İllərdir olduğu kimi cümə axşamları yayımlanacaq serialın yeni sezon tanıtımında "Rıza Baba"nın dəfn mərasimi yer alıb. "Hüsnü"nün göz yaşlarına boğulduğu “Arka Sokaklar”ın yeni bölümündə nələr olacağı artıq bu üzdən maraq doğurmağa başlayıb.

Xatırladaq ki, "Arka Sokaklar"ın yeni mövsüm üçün heyətinə Həsən Denizyaran, Ali Haydar Çataltepe, Gizem Terzi və Mustafa Üstündağ cəlb oluunublar.

Ləman

MİA.AZ