Əfsanəvi "Kurtlar Vadisi" serialının məşhur aktyorlarından Erhan Ufuk həyat verdiyi "Güllü Erhan" obrazı ilə bağlı illər sonra etdiyi etirafla hər kəsi heyrətə salıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda Azərbaycanda yaratdığı “Türk İncəsənət Akademiyası” adlı qurumun çətiri altında aktyorluq təhsili keçən Erhanın sözlərinə görə, "Kurtlar vadisi"nin baş qəhrəmanı ilə rejissoru olan qardaşlar onun uşaqlıq dostlaır olub: "Raci və Necati Şaşmaz qardaşları mənim uşaqlıq dostlarımdır, ailə dostuyuq. Həyatımda aktyor olmaq ağlıma gəlməzdi. Bir gün onlar məni layihəyə qatmaq istəyirdilər. Təhsilim olmadığı üçün "3 bölüm sınayaq" dedilər. "İlk üç bölümdə özünü sübut etsən, davam edərsən, amma sübut edə bilməsən, başqaları kimi öləcəksən" deyildi. Xoşbəxtlikdən mənə verilən şansdan istifadə etdim. Üçüncü hissəni keçdik, bacardım. Amma yenə də hər dəfə ssenariyə baxırdım ki, görüm bu bölümdə "ölürəmmi?"".
Aktyor deyib ki, müsbət reaksiyalardan sonra çatışmazlıqlarını tamamlamaq üçün aktyorluq təhsili almağa başlayıb: "Əgər yenə də "Güllü Erhan" kimi iz buraxa biləcəyim rol olsa, qəbul edərəm”.
Ləman
MİA.AZ