"Ben Bu Cihana Sığmazam" serialının baş rol ifaçısı Oktay Kaynarca telefon nömrəsinin ondan icazəsiz ona-buna verilməsinə etiraz edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Oktay Kaynarca telefon nömrəsinin icazəsiz paylaşıldığını və nəticədə tanımadığı insanlar tərəfindən narahat edildiyini bildirib.
Kaynarca bu vəziyyətə reaksiya verib və lazımi tədbirlərin görülməsini tələb edib.
Bu barədə 1,8 milyon izləyicisi olan İnstaqram hesabından 9 bənddən ibarət "tlimat" yayan məşhur aktyor yazıb ki, telefon nömrəsini sahibindən soruşmadan başqasına vermək tərbiyyəsizlikdir.
Ləman
MİA.AZ