Türkiyənin paytaxtı Ankaradakı Kocatəpə məscidində uyğunsuz geyimdə çəkiliş apararaq sosial şəbəkədə paylaşan rejissor Bilal Kısadan bir-birinin ardınca açıqlama gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsciddə çəkilən fotolar sosial mediada böyük etirazlara səbəb olub.
Belə ki, qısa köynəklə ətəyini yuxarı çəkən model baş örtüyü, papaq və təsbehi aksesuar kimi boynuna asıb.
Artıq bu fotolarla bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparır.
Məlumata görə, cinayət işi açılana qədər fotoları çəkən rejissor əvvəlcə etirazlara belə reaksya verib: "Bu, rüsvayçılıq deyil. Bu, qətiyyən dinə hücum deyil. Bu, insanların müəyyən bir hissəsinin qorxmamasını təmin etmək, əslində məscidlərin rahatlıq tapmaq üçün məkan olduğu məqsədini daşıyan bir layihədir".
Lakin etirazların pik həddə çatmasından osnra geri çəkilən rejissor Bilal Short sosial media hesabından həmin şəkilləri silib.
O, daha sonra üzr istəyib: "...Kaş ki, belə olmasaydı. İncitdiyim hər kəsdən üzr istəyirəm”.
Ləman
MİA.AZ