Prezident Ərdoğanın sərəncamı ilə Tamer Karadağlının Dövlət Teatrlarının baş direktoru tıyin olunması Türkiyədə müzakirə yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir çox sənətçilərlə siyasilər onun təyinatını "saray aktyoru" olması ilə əlaqələndirib.

Müxalif CHP-nin parlamentdəki fraksiya sədrinin müavini Ali Mahir Başarır da bu təyinata qarşı çıxıb.

O, Karadağlının vaxtilə müxalif mövqeyi və çıxşılarını yada salaraq, deyib ki, bu təyinatında da "qəfil geridönüşü" əsas rol oynayıb:

"Bir vaxtlar o, Gəzi parkındakı etirazçılarla yan-yana idi, indi onlara qarşıdır. Əlbəttə, bu geridönüş onun 3 mindən çox üzvü olan tearlar birliyinə təyinatına stimul verib. Bu adamın sənətini bir kənara qoyaq, onun heç öz məsləkdaşlarına belə hörməti yoxdur. Xatırlayırsınızsa, Antalya festivalında çıxış edən məsələkdaşına hücum edərək mikrafonunu əlindən aldı, sözünü bitirməyə imkan vermədi. İndi Ərdoğan yarımüstəqil olan bu quruma onu rəhbəır təyin edir. Nə haqla? Hanıs əsasla? Təəssüf ki, ölkəmiz mədəni eroziya içindədir. Tamer Karadağlının Dövlət Teatrlarının baş direktoru olduğunu gördük. Anadoluda teatrı və sənəti sevdirən bir qurumdan bəhs edirik. Təxminən 3 min personalı var. Orada çox dəyərli sənətkarlar var, onlar qalır, heç o birliyin üzvü olmayan Temeri oraya rəhbər göndərirlər. Bəli, Tamer Karadağlının bu qurumla heç bir əlaqəsi yoxdur".

Ləman

MİA.AZ