Məşhur aktyor Aras Bulut İynemli Atatürkü canlandırdığı "Atatürk" serialının "Disney Plus" tərəfindən yayımına qadağa qoyulması və daha sonra artan etirazlar fonunda geri çəkilməsi barədə suala cavab verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Gazete Magazin"ə açıqlamasında Atatürkü müdafiə eləmək ən böyük vəzifə olduğunu dyeib: "Onun protipini canlandıran şəxs olaraq Atatürkü və bu filmi qorumaq mənim ən mühüm vəzifəmdir. Prodüser şirkəti, yayım platforması bu barədə təkrar qərar verdi. Atatürk dünyanın ən böyük liderləridən biridir, hətta məncə, o, ən böyükdür”.
Ləman
MİA.AZ