Dünya "Miss Universe" Təşkilatı tərəfindən bu il İndoneziyada təşil olunan “Miss Universe Indonesia-2023” müsabiqəsində beynəlxalq skandal baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iyulun 29-dan avqustun 3-dək paytaxt Cakartada “Miss Universe Indonesia 2023” müsabiqəsi keçirilib. 

Məlumata görə, müsabiqə prosesində yerli təşkilatçıların qadın müsabiqə iştirakçılarını təhdid edərək lüt soyunmağa məcbur eləyiblər.

Bu barədə yarış bitər-bitməz dünya gözəlləri yerli polisə və müsabiqənin əsas təşkilatçısına şikayət ünvanlayıblar.

Onlar İndoneziyada yerli məmurların da aralarında olduğu təşkilatçılar tərəfindən zorakılığa məruz qaldıqlarından şikayətləniblər. 

Dünyanın müxtəlif ölkələrindən yarışa qatılan qızlar şikayətlərində yazıb ki, onları qapalı bir zala aparıb, orada tamamilə lüt soyunmağa məcbur ediblər: "Bizi ən azı 20 kişinin gözləri qarşısında lüt soyundurub, müxtəlif rakruslardan şəkillərimizi və videolarımızı çəkdilər. Bu, hal müsabiqə boyu bir neçə dəfə təhdidlə təkrarlandı. Yarışdan sonra ilk fürsətdə yerli polisə və müsabiqənin dünya üzrə təşkilatçı qurumuna məlumat verdik. Ümidvarıq ki, bu adamlar cəzalandırılacaq".

Məsələ ilə bağlı İndoneziyadakı təşkilatçılar hər hansı bir açıqlama verməkdən yayınıblar.

"Miss Universe" Təşkilatı isə bəyanat yayaraq bu utancverici hadisəni qınayıb: "Biz bu yaxınlarda "Miss Universe Indonesia 2023" müsabiqəsi və müsabiqəni İndoneziyada keçirən lisenziyalə qurumla bağlı xoşagəlməz iddiaları yeni öyrəndik. "Miss Universe "hər zaman cinsi istismar və qeyri-münasib davranışlara həddən ziyadə ciddi yanaşıb. Bu kimi müsabiqələrdə qadınlar üçün təhlükəsiz mühitin təminatı birinci dərəcəlidir. Biz hazırda bu barədə şikayətləri dərindən araşdırırıq..."

Ləman

MİA.AZ