FOX TV-də yayımlanan "Kadın" serialında oynayan aktrisa Özge Özpirinçci yenidən ekranlara qayıdır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gözəl aktrisa bu mövsümdə yayımlanacaq “Sandık Kokusu” serialında rol alacaq.
Bu barədə açıqlama verən türkiyəli mədəniyyət yazarı jurnalist Birsen Altuntaş bildirib ki, "03 Medya" şirkəti ilə anlaşan aktrisa Özge Özpirinçci Melis Civelek və Zeynep Gürün uzun müddətdir üzərində çalışdıqları “Sandık Kokusu” serialında rol alacaq: "Ana və qız arasındakı münaqişədən bəhs edən serialın prodüseri Saner Ayar olacaq. İlkin hazırlıqları davam edən serial yeni mövsümdə izləyiciləri ilə görüşəcək".
Ləman
MİA.AZ