Müğənni Gökçenin türkiyənin Afyon şəhərində planlanan konserti ləğv edilib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Afyon şəhərindəki Sandıklı rayon Bələdiyyə sədri Mustafa Çöl xəbərdarlıq yayıb.
Bələdiyyə sədri bildirib ki, müğənni Gökçenin 11 avqust 2021-ci ildə sosial media hesabından LGBT dəstəyi və prezident Ərdoğana qarşı paylaşımlarına görə rayon ərazisində nəzərdə tutulan konsürti ləğv edilib: "Belə paylaşımlar edənlər Sandıklıda səhnəyə çıxa bilməzlər"
Xatırladaq ki, məşhur müğənni Turizm Festivalı çərçivəsində avqustun 11-də burada konsert verəcəkdi.
Ləman
MİA.AZ