Türkiyədəki məşhur Sabançı ailəsinin üzvü olan Arzu Sabancı sosial media hesabında İstanbula gələn turistlərin bolluğuna etiraz edib.
Mia.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, sosial şəbəkələrdə zaman-zaman paylaşımları ilə diqqət çəkən Arzu Sabancı bu dəfə turistlərə verdiyi reaksiya ilə gündəmə gəlib.
Türkiyə mətbuatı yazır ki, milyonçu qadın 1 milyon izləyicisi olan İnstaqram hesabında turistləri çoxluğuna diqqəti çəkib.
Sabançı yazıb ki, İstanbulda hər yeri turistlər "basıb", heç biri də türkçə danışmır: "İllər əvvəl bir italyan dostum yaşadığı Romada turistlərin çoxluğundan şikayətlənirdi. Deyirdi ki, evimizin önünü, küçələr turistlə dolub. Mən də öz-özümə dedim ki, nə gözəl, valyuta qoyurlar bura. İndi bizim İstanbul da eyni vəziyyətdədir... Nişantaşı, Bebek, küçələr, kafelər, türkcə danışan yoxdur... Qapqara paltarlarla qapalı...".
Ləman
MİA.AZ