Türkiyənin Kayseri şəhərinin Melikqazi qəsəbəsində binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirən 20 yaşlı vokal sənətçisi Ayyüce Dilşatın ölüm səbəbi bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iyulun 30-da səhərə yaxın baş verən hadisə ilə bağlı ilkin açıqlamada 20 yaşlı sənətçinin pəncərədən yıxıldığı deyilib. Lakin indi bəllli olur ki, həqiqət, əslində, başqadır.
Türkiyə mətbuatı yazır ki, müğənni Ayyüce Dilşat pəncərədən yıxılmayıb: "O, intihar edib. Bunu onun ölümündən bir dəqiqə əvvəl anasına “Bağışla məni, ana” mesajı təsdiqləyib. Onun niyə intihar etməsi istiqamətində geniş araşdırma davam edir".
Xatırladaq ki, iş üçün İzmirdən Kayseriyə gələn müğənni Bursada torpağa tapşırılıb.
Ləman
MİA.AZ