“Kurtlar Vadisi”ndə "Laz Ziya"nn nəvəsi, "Çakırı oğlu Pusat" rolu ilə daha çox sevilən aktyor Görkem Sevindik yeməkxana biznesinə girişib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Görkem Sevindikin xəstəxana yeməkxanasında satış həyata keçirən görünütsü sosial mediada yayaılıb.
Görüntülərdən aydın olur ki, o, yeməkxanada kassa arxasında alqı-satqı işləri həyata keçirir.
Türkiyə mətbuatı yazır ki, 36 yaşlı məşhur aktyor Görkem Sevindik Kocaeli Şəhər Xəstəxanasının yeməkxanası ilə bağlı keçirilən tenderin qalibi olub.
Xatırladaq ki, "Kurtlar Vadisi"ndəki "Pusat"dan sonra obrazına həyat verib. O, bundan sonra "Ürəyim səni seçdi", "Qəhrəman atam", "Eşkıya Dünyaya Hükümdar Olmaz", "Ramo", "Söz" kimi seriallarda oynayıb.
Məşhur aktyor hazırda sezon finalıdan olan və ATV kanalında yayımlanan "Atəş quşları"nda "Ali" obrazına həyat verir.
Kübra Siyahdemirlə ailəli olan məşhur aktyorun övladı var.
Ləman
MİA.AZ