İyulun 26-da dünyasını dəyişən məşhur irlandiyalı müğənni Şüheda Davitt (islamı qəbul etməmişdən əvvəlki adı Sinead O'Connor olub - Mia.az) bu gün minlərlə insanın iştirakı ilə dəfn edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Braydəki dəniz sahilində təşkil edilən dəfn mərasimində müğənninin pərəstişkarları göz yaşlarına boğulublar.
Onun dəfn mərasimi İslam dininin adətinə uyğun keçirilib.
Xatırladaq ki, 2018-ci ildə İslamı qəbul edənə qədər Sinead O'Connor kimi tanınan məşhur irlandiyalı müğənni daha sonra adını "Şüheda Davit"ə dəyişib. O, iyulun 26-da Londondakı evində ölü tapılıb. Məşhur müğənninin meyiti ölüm səbəbinin araşdırılması üçün morqa aparılıb. 13 günlük müayinədən sonra 56 yaşlı müğənnin ölümündə qəsd olmadığı dəqiqləşib.
Məlumatda o da deyilir ki, müğənni 2017-ci ilin yanvarında oğlunun intiharından sonra özünə qapanımış.
Ləman
MİA.AZ