ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər saatlarında olub. Antiterror əməliyyatı üzrə informasiya qrupunun rəhbəri Vladislav Seleznevin sözlərinə görə, ordu qüvvələri separatçılara cavab atəşi açıb. Tərəflər arasında gərgin döyüşlər gedib. Ara sakitləşəndən sonra Ukrayna hərbçiləri separatçıların tərk etdiyi blokpostu ələ kçeirib. Hərbçilər burada 2 meyit tapıblar.
Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkiləri keçirilib.