Türkiyəli aktyor Mehmet Akif Alakurt həm CHP lideri Kamal Kılıçdaroğlunu, həm də onun doğulduğu Tunceli şəhərini aşağıayan açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Maraz Ali" kimi tanınan və sevilən aktyor Mehmet Akif Alakurtun paylaşımı qardaş ölkədə brmənalı qarşılanmayıb. Xüsusən onun Tunceli şəhərinin əhalisini aşağılaması qəbulolunmaz sayılıb.

Beləliklə, onun xoşagəlməz paylaşımını təqdim edirik: "Bilirsiniz, Türkiyənin hər şəhərində Atatürk sevənlərə rast gəlmək olar. Tunceli bu baxımdan istisnadır. Bu həyasız adamın (Kılıçdaroğlunu nəzərdə tutur- Mia.az) və tərəfdarlarının 20 illik uğursuzluğa baxmayaraq, CHP-nin başında qalmaq israrını sorğulamaq vacibdir".

Ləman

MİA.AZ