"Kim Milyoner Olmaq İster" yarışmasını aparan məşhur aktyor Kənan İmirzalıoğlu yeni seriala dəvət alıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat paylaşıb.
O bildirib ki, İmirzalıoğlu türk kinosu tarixinə iz qoyan "Eşkıya", "Muhsin Bəy", "Gönül Yarası", "Çiçək Abbas" və "Fahriye Abla" kimi kult filmlərinin memarı Kurtcebe Turgul və Nilgün Öneşin birgə ssenariləşdirdiyi serialda rol alacaq: "Serialı TMC Film şəkəir. Serialın adı və ssenarisi haqda məlumatlar hələki gizli saxlanılır".
Ləman
MİA.AZ