İspaniyanın məşhur aktyoru Rodolfo Sançonun oğlu Daniel Sanço Bronçalo Tailandda homoseksual sevgilisini öldürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, daha sonra qurbanının meyiti hissələrə bölərək zibil qutusuna atıb.
Meytin parçaları Taylandda vətəndaşlar tərəfindən zibillikdə tapılıb.
İddiaya görə, hadisə seks və pul mübahisəsi nəticəsində baş verib: "İspan aktyoru Rodolfo Sancho Aguirrenin 29 yaşlı "Youtuber" oğlu Daniel Sancho Bronchalo Taylandın Full Moon Party adasında homoseksual sevgilisi Edvin Arrieta Arteaqanı öldürərək parçaladığını etiraf edib. O, ifadəsində cəsədi 14 hissəyə böldüyünü deyib və daha sonra polisə qurbanının itkin düşməsi barədə məluimat verib. O, "sevgilisnin baş və qollarını dənizə, qalan hissələrini isə zibil qutusuna atıb. O, barəsində həbs qətimkan tədbiri seçilərkən intihara cəhd edib, lakin buna imkan verilməyib".
Məlumata görə, bir ildir münasibətdə olan cütlük keçən həftə birlikdə istirahət üçün adaya gəliblər.
Tahir Şəlvəli
MİA.AZ