Elşən Xəzər saxlanılması ilə bağlı məlumatı təkzib edib.

Mia.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlama verib: “Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”.

Xatırladaq ki, bu gün bəzi saytlarda meyxanaçı Elşən Xəzərin saxlanılması barədə xəbər yayılmışdı.