Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Elcan Rəsulov hazırda başqa tibb müəssisəsinə köçürülüb.
Bu barədə Elcan Rəsulov İnstaqram səhifəsində məlumat verib.
"Qismətimdə 6 gün müalicə aldığım klinikanın həyətinə başqa xəstəxananın təcili tibbi yardım maşınını çağırmaq da varmış", - o bildirib.
Aktyor köçürülmə səbəbini açıqlamayıb.
Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı(Kult.az)