Ölkəsini növbəti gözəllik yarışmasında təmsil edəcək model yol qəzasında dünyasını dəyişib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu il Dominikanda keçiriləcək "Miss World Latın Amerikası" müsabiqəsinə hazırlaşan venesuelalı model Ariana Viera Floridada dəhşətli qəzada həyatı ilə vidalaşıb.
Məlumata görə, o, idarə etdiyi maşını aşırıb.
İlkin məlumata görə, model sükan arxasında yuxulu olub: "Həkimlər modeli xəstəxanaya apararkən o, yolda canını tapşırıb".
Xəbərdə o deyilir ki, modelliklə yanaşı, Ariana həm də "Full House Cleaning" adlı təmizlik şirkətinin sahibi olub.
Ləman
MİA.AZ