Bu gün Ukraynada prezident seçkisi keçirilir. Donetsk və Luqans bölgələri seçkidə iştirak etmirlər.
Artıq yerli fəallar seçikərdə 400-ə yaxın pozuntu faktının olması ilə bağlı xəbərlər yayıblar .
Seçki məntəqəsində jurnalistlərlə görüşən əsas namizədlərdən biri Yuliya Timoşenkio deyib ki, Ukraynanın Avropa ilə birgə gələcəyinə səs verib.
Maraqlı məqamlardan biri budur ku, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Kiyevdə seçki məntəqələrindən birində müşahidəçi missiyasını həyata keçirir. "Bu, Ukraynanın tarixində ən vacib seçkidir" - deyə o, jurnalistlərə bildirib. (AzVision.az)