"Sağ Salim” filmi ilə könüllərdə taxt quran aktrisa Burçin Bildik serialda sonradan qəfil niyə yoxa çıxmasına aydınlıq gətirib.

Mia.az xəbər verir ki, bu barədə aktyor Burçin Bildik Haberler.com-un YouTube kanalında yayımlanan “Haber Bahane” proqramında söz açııb.

Məşhur aktyor filmin son seriyasında niyə rol almadığını yaxın dostu rejissor Ersoy Gülərlə əlaqələndirib.

Deyib ki, illərdir dostluq elədiyi rejissor onun bir kəlmə sözünü qısqanıb: "Ssenari ilə tanış olduqdan sonra filmin rejissoru, illərdir dostluq etdiyimiz  Ersoy Gülərlə fikir müabdiləsi zamanı "mənim filmim" kəlməsini dedim. Bu, ona o qədr dəhşətli gəldi ki? Yəni, onun məntiqinə görə baş rolda oynadığım film üçün "mənim filmim" deyə bilmərəm".

Həmin filmdən karlı pul almadığını da deyən Bildik bunu dostluğa bağlayıb: "O vaxt mənə "ilirəm, bu pul sənin haqqın deyil, azdır. Amma büdcəm belədir" deyəndə, heç tərəddüt eləmədən dostluğa görə "problem deyil" dedim. Amma bu “Filmimdə” dediyim üçün məni ani qərarla ssenaridən çıxardı..."

Ləman

MİA.AZ