2018-ci ildə İslamı qəbul edən və bundan sonra adını Şüheda Davitə dəyişən məşhur irlandiyalı müğənni Sinead O'Connor 56 yaşında vəfat edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Şüheda Davittin ölüm xəbərini ailəsi kədərli notlarla paylaşıb: "Sevgili Sineadın vəfatını böyük kədərlə bildiririk. O, 56 yaşında bizii qəbədi olaraq tərk edərək, oğlunun yanına getdi..."
Xatırladaq ki, 2018-ci ildə İslamı qəbul etdiyini açıqlayan Davitt həmin vaxtı belə açıqlama vermişdi: "Müsəlman olduğum üçün fəxr edirəm. Bu, hər bir ağıllı ilahiyyatçının təbii qənaətidir. Bütün müqəddəs kitablar bizi İslama aparır. İslam digər bütün müqəddəs kitabları lazımsız edir. Mən artıq bu gündən “Şüheda Davitt”əm...".
Onu da qeyd edək ki, dörd uşaq anası məşhur müğənninin 17 yaşlı oğlu Şeyn 2022-ci ilin yanvarında xəstəxanadan qaçaraq intihar edib. Həmin vaxtdan müğənni dərin kədərə qərq olub.
O, son tvitində oğlu Şeyninin fotosunu paylaşaraq "O vaxtdan bəri mən ölməz gecə məxluqu kimi yaşayıram. O, həyatımın eşqi, ruhumun çırağı idi", - yazıb.
Təsadüfi deyil ki, oğlunun ölümü ilə barışa blməyən müğənni onun həyatını itirməsindən 18 ay sonra bu dünya ilə vidalaşıb.
1990-cı illərin popilyar müğənnisi olan Şüheda "Nothing Compares 2 U" mahnısı ilə dünya şöhrəti qazanıb. Bundan sonra o, 10 albom çıxarıb.
Ləman
MİA.AZ