İngiltərədə məşhur model Karaq İton ölümü mətbuatın qızğın müzakirə etdiyi mövzulardan birinə çevrilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 28 yaşlı model Karaq İton mübahisə etdiyi sevgilisinin maşınından yıxılaraq dünyasını dəyişib.

Prokurorluq modelin ölüm faktını bununla deyil, yıxılmamışdan əvvəl vurulması ilə əlaqələndirir. Hətta bəzi iddialara görə, model vurulduqdan sonra maşından atılıb.

Hadisənin təfərrüatına gəlincə, İngiltərə mediası yazır ki, Leicester şəhərində 28 yaşlı model 42 yaşlı sevgilisi İan Curson ilə maşında mübahisə ediblər: "Hadisədən sonra sevgilisi prokurorluğa ifadə verib. O deyib ki, modellə mübahisədən sonra qəzəblənib və maşına yüksək sürət verərək, uzaqlaşmaq istəyib. Ancaq Karaq ona maner olmaq istəyib. Lakin həmin an sərt dönüş edərkən, o, yerə yıxılıb və başı asfalta dəyən model dünyasını dəyişib".

İnsidentlə bağlı işdə ittiham tərəfi isə bu ifadə ilə razılaşmayıb. Bildirilir ki, hadisədən sonra modelin meyiti ekspertiza olunub: "Onun başına dəmir əşya və ya nə iləsə vurulub. Çünki başında yıxılmanın iziylə yanaşı, hətta tapança gülləsinə bə\nzəyən başqa bir yara izi var. Ian Curson isə qətiyyətlə bu ittihamı rədd edir".

Hazırda istintaq davam edir.

Lamiyə Əhmədli

MİA.AZ