Mayın 24-də Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib.
Modern.az
saytı xəbər verir ki, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva
ötən dövr ərzində görülən işlərdən, Azərbaycan qadınının cəmiyyətdə tutduğu
yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışıb
onların milli maraqlar ətrafında sıx birləşməsində Yeni Azərbaycan Partiyasının
rolunu qeyd edib.
Bildirib
ki, hazırda
Sonra
konfransın gündəliyi açıqlanıb. 84 şəhər və rayondan 369 nümayəndənin iştirak
etdiyi tədbirdə bir sıra təşkilati məsələlər baxılıb.
Milli
Məclisin vitse-spikeri Bahar Muradova YAP Qadınlar Şurasının sədri postuna
yenidən Nurlana Əliyevanın namizədliyini irəli sürüb.
Onun
namizədliyi dəstəklənib və N. Əliyeva yenidən YAP Qadınlar Şurasının sədri
seçilib.
Konfransda
YAP Qadınlar Şurasının idarə heyətinin üzvləri, sədri və sədr müavinləri, şura
üzvləri seçilib.