Atası, məşhur müğəəni və aktyor Emrahla illərdir küslü olan oğlu Tayfun Ərdoğan ötən gün nişanlısı Eda İrapla sadə bir mərasimlə evlənib.

Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, mərasimə Tayfun Ərdoğan və Eda İrapın yaxın dostları və ailə dostları qatılıb. 

Qonaqlar arasında olan məşhur aktyor Nuri Alço Tayfun Ərdoğanın nikah şahidi olub.

Nuri Alço toy mərasimindəki çıxışında hamını kövrəldib: "Həyat belədir... "Ayrılamam" filmində atası (Əmrahla - Mia.az) ilə bir yerdə idik. Bir əmi, atayarısı idim orada Əmrahın. İndi söz verirəm ki, hər zaman oğlunun yanında olacağam, həm əmisi, həm də qardaşı kimi. Onları təbrik edirəm. Yolları uzun və xeyirli olsun".

Ləman

MİA.AZ