Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az APA-ya istinadla xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Kemal Mustafa 6 il 6 ay azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Xatırladaq ki, prokuror 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.