Məşhur aktrisa Hazal Kaya sosial şəbəkədə onu söyüş və təhqirlərlə təhdid edən şəxslə bağlı məhkəməyə üz tutub.
Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, o, şikayətində özünün və ailəsinin həyatının təhlükədə olduğunu bildirirək, həm təhdid edənin cəzalandırılmasını, həm də ailə fərdlərinin mühafizəsini tələb edib.
Türkiyə mətbuatı yazır ki, aktrisanın şikayətinə İstanbulda Beykoz 1-ci Ailə Məhkəməsində baxılıb.
Məhkəməni qərarı ilə təhdid edən Ö.T adlı şəxs barəsində "uzaqlaşdırma" qərarı çıxarılıb. Bununla yanaşı, Hazal Kaya və ailə üzvlərinin hər birinə mühafizə ayrılıb.
Ləman
MİA.AZ