Casusluqda ittiham olunaraq həbs olunan jurnalist Rauf Mirqədirovun atası vəfat edib.

Bu barədə "Qafqazinfo"ya jurnalistin vəkili Fuad Ağayev məlumat verib. O bildirib ki, hadisə səhərə yaxın baş verib. Rauf Mirqədirovun Atası Həbibulla Mirqədirov öz mənzilində dünyasını dəyişib.

Vəkil bildirib ki, 84 yaşında olmasına baxmayaraq, dünən çox güman ki, Mirqədirovların evində aparılan axtarış ona pis təsir edib.

Vəkil həmçinin Rauf Mirqədirovun atasının yasında iştirak etməsi üçün müraciət edəcəyini deyib: "Bu gün şənbə günü olmasına baxmayaraq, Raufun atasının cənazəsində iştirak etməsi üçün buraxılması ilə bağlı müraciət edəcəyəm".