Məşhur müğənni Alişanın anası iki il əvvəl koronavirusdan vəfat edən oğlu Səlcuq Tektaşla bağlı ürəkdağlayan paylaşım edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 2 il əvvəl oğlu Selçuk Tektaşı itirən Alişanın anası Suzan Tektaş oğlunun ildönümündə sosial media hesabında yazıb: “Ay külək, get oğluma de, səni hər an düşünən, yuxusunu itirən, həsrətinə yanan anan var”.
Alişan isə qardaşının vəfatınıni ldönümündə dostlaırnı onun məzarı başına çağırıb.
Xatırladaq ki, Səlcuq Tektaş 2021-ci ildə koronavirusa yoluxub və 1 ay qaldığı reanimasiya şöbəsində dünyasını dəyişib.
Ləman
MİA.AZ