Məşhur aktrisa Bergüzar Korel Burasada avtobusda çarşablı gənc qadını təhqir edən qadına sərt reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa bu barədə İnstagram-dakı səhifəsində paylaşım edib. O, paylaşımında çarşablı qadına "Çarşabın mənə toxunur, çək onu. Səndən diksinir, iyrənirəm", - deyən qadınıa belə mesaj verib: "Mən də sizin kimilərdən iyrənirəm. Hələ də üzərinizdəki parça miqdarı ilə məşğul olanlar və bunu özlərində doğru görənlər, bu haqqı özündə görənlər, bir bitmədiniz...".
Qeyd edək ki, Bursada mikroavtobusda olan bir qadın hicablı gənc qıza "Çarşafın mənə toxunur. Səndən iyrənirəm" deyib. Onun bu sözündən sonra avtobusdakılar qızı "topa" tutublar. Qorxaraq ağlamağa başlayan gənc qıza dəstək verən avtobusda olan sərnişinlər təhqir edən qadına “ya avtobusdan düş, ya istə. Qarşındakının düşüncəsinə, geyiminə hörmət edəcəksən. İyrənirsənsə, avtobusa yox, taksiyə min. Lüt olanda, səsin çıxmır”, - deyiblər. Bundan sonra qadın üzrxahlıq eləyib.
Ləman
MİA.AZ