Məşhur müğənni Ferdi Tayfurun ötən il nişanlanan və cəmi 16 gün sonra ayrılan qızı şantaja məruz qalıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı müğənninin qızı Tuğçe Tayfur sosial media hesabında paylaşıb.
Psixoloji zorakılığa, təhdidlərə, şantajlara məruz qaldığını yazan Ferdi Tayfur və Necla Nazırın qızları Tuğçe Tayfur keçmiş nişanlısı, iş adamı Burak Klafa qarşı ağır ittihamlar irəli sürüb.
O bildiirb ki, keşmiş nişanlısı onu videoları ilə şantaj edib, ailəsini ölümlə hədələyib: "Səni ədalətə həvalə edirəm. Görürəm i, haqqında uzaqlaşdırma qrarı çıxartdırsam da, sakit duran deyilsən. Amma prokurorluq səni mütləq tutacaq və layiq olduğun cəzanı alacaqsan. Mənim sahibsiz olduğunu düşündün, amma arxamda mənə mənə dəstək verən çox sayda insan var, Burak əfəndi. Artıq 6 ay ərzində etdiyin psixoloji zorakılığa, söyüşlərə, təhdidlərə, şantajlara səssiz qalmayacağam. Sənin necə biri olduğunu öyrənib ayrılmaq istədiyimdə məni evə necə kilidlədiyin günlər üçün, mənə yumruq vurub “istədiyim yerdə səhnədə çıxış edəcəksən” dediyin günlər üçün, siyasətə girmək üçün adımdan istifadə etdiyin üçün, ata-anamı mənə zərər verməklə hədələdiyin üçün mən gəmiləri yandırdım!
Əlimdə videoların var deyə məni zorla yanında saxladın, amma Allah o qədər böyükdür ki, heç kimdən qorxmuram!!! Bilirəm ki, mənimlə birgə daha neçə qadının canını yandırmısan. Əminəm ki, onlar da susmayacaqlar! Başına gələcək hər şeydən sən cavabdehsən, Burak Kalfa!".
Ləman
MİA.AZ