Gündəmlə bağlı açıqlamaları ilə diqqət çəkən məşhur aktrisa Nurgül Yeşilçay bu dəfə milli valyutanın kəskin dəyər itirməsinə sakit qalmayıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Kanal D-də yayımlanan "Vida məktubu" serialının baş rol ifaçısı Nurgül Yeşilçay sosial media hesabından türk lirəsinin ucuzlaşmasına maraqlı forrmada izah verib.
O, ayaqstə dayanan oğlu ilə kresloda oturmuş özünün şəklini paylaşaraq, oğlunu avra, özünü isə TL adlandırıb.
Aktrisa deyib ki, hazırda avro ilə TL arasındakı fərq belə "gözə girir".
Xatırladaq ki, aktrisa iyulun 7-də vergi və rüsumların qalxmasına da etiraz xarakterli paylaşım edib.
Ləman
MİA.AZ