Azərbaycan
Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfiri İlqar Muxtarov
Meksikanın 5 şəhəri üzrə 7 universitetinin tələbələri arasında keçirilmiş "Mən
Azərbaycan haqqında nə bilirəm” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri ilə
Səfirlikdə görüş keçirib.
Sözügedən ölkədəki səfirliyimizdən MİA.az-a daaxil olan məlumata görə, qalibləri təbrik edən Səfir
İ.Muxtarov, tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, daxil və xarici siyasəti
və son iqtisadi nailiyyətləri barədə məlumat verərək, iki ölkə arasında
qarşılıqlı tanışlıq səfərlərinin Azərbaycan-Meksika münasibətlərinin
inkişafında əhəmiyyətini vurğulayıb: «Apardıqları tədqiqatlar zamanı Azərbaycanın zəngin
tarixi və mədəniyyəti ilə yaxından tanış olduqlarını qeyd edən tələbələr, ölkəmizə
səfər imkanının yaradılmasına görə təşəkkür edərək, Azərbaycanın təbliği və
ikitərəfli əlaqələrimizin gələcək inkişafına öz töhvələrini verməyə hazır
olduqlarını bildiriblər».
Görüşdə, həmçinin ADA Universitetinin təhsil proqramları ilə maraqlanan tələbələrə Universitetdə mövcud təhsil imkanları barədə məlumat verilmiş və tələbələr Universitetin təhsil proqramlarında iştiraka dəvət edilmişlər.
Görüşün
sonunda Səfir İ. Muxtarov, hazırda Azərbaycana səfəri nəzərdə tutulan tələbələrlə
xatirə şəkli çəkdiriblər.